Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“ABŞ qoşunlarını Ət-Tanf ətrafından çıxarmaq barədə plan hazırlayır. Artıq dediyim kimi, bu zona süni şəkildə hərbi məqsədəuyğunluq baxımından yaradılıb. Buna görə də Müdafiə Nazirliyinin hərbi kanalları vasitəsilə amerikalı həmkarlarımızı analoji nəticələr çıxarmağa səsləyirik. Qoşunların çıxarılması barədə qərarın həyata keçiriləcəyinə ümidvaram”, - deyə Lavrov bildirib.
O qeyd edib ki, Rusiya ABŞ qoşunlarının Ət-Tanfdan çıxarılmasına ümid edir, çünki qoşunların həmin ərazidəki mövcudluğu heç bir hərbi mahiyyət daşımır.
Ağalar Qəribov
Ordu.az