Tramp-Kim sammitinə Cənubi Koreya prezidenti də qatıla bilər

2018/05/498986_1527497914.jpg
Oxunub: 2455     16:58     28 May 2018    
ABŞ prezidenti Donald Trampla Şimali Koreya rəhbəri Kim Çen In arasında gələn ay baş tutması ehtimal edilən sammitə Cənubi Koreya prezidenti Mun Çje İn də qatıla bilər.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi məlumat yayıb.

Cənubi Koreya administrasiyasından olan mənbəyə istinad edən “Yonhap” 12 iyunda həyata keçirilməsi hələ də mümkün olan görüşdə Mun Çje İnin iştirakının da müzakirə edildiyini bildirib.

Sammitdən öncə görüşlərin və təşkilati işlərin davam etdiyini irəli sürən mənbə, bu görüşlərin nəticəsində Munun iclasa qatılıb-qatılmayacağının aydın olacağını bildirib.

Adı çəkilən üç dövlət rəhbərinin iştirakı ilə baş tutacaq üçlü sammitin həyata keçirilməsi isə hələ aprelin 27-də Panmuncom atəşkəs zonasında görüşən Kim Çen In və Mun Çje İn tərəfindən irəli sürülüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimali-Koreya   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin