Ordu.az “Kazinform” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu tank “Semey İnjinirinq” və “Qazaxıstan Aselsan İnjinirinq”in əməkdaşlığı ilə yaradılıb.
Tankı rabitə vasitələri, müdafiə və atəşin idarə edilməsi sistemləri inkişaf etdirilib. Tanka istilik kanalları üzərində işləyən tuşlayıcı quraşdırılıb. Bu tuşlayıcı gecə saatlarında 3500 metrədək məsafədə yerləşən hədəfləri görə bilir.
Tankın mexanik-sürücüsü də köhnə infraqırmızı qurğuların əvəzinə istilik kamerası ilə təchiz edilib.
Ağalar Qəribov
Ordu.az