Əfqanıstanda 79 qiyamçı məhv edilib

2018/05/49868_1527497365.jpg
Oxunub: 4291     17:11     28 May 2018    
Əfqanıstanda son günlərdə həyata keçirilən hərbi əməliyyatlarda ümumilikdə 79 qiyamçı məhv edilib, 40-ı isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin bəyanatına görə, Əfqanıstan Milli Ordusu, Milli Polis və Milli Təhlükəsizlik İdarəsinin birgə həyata keçirdiyi əməliyyatlar ölkənin Nangarhar, Qəzni, Loqar, Badqis, Balx, Fəryab, Baqlan, Bədaxşan və Hilmənd vilayətlərini əhatə edib.

Zərərsizləşdirilənlərdən 19-u İŞİD, 32-i isə “Taliban” üzvüdür. Onlardan ikisinin “Taliban”ın “komandiri” olduğu bildirilir. Həmçinin 33 “Taliban” üzvü də yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   İŞİD  


Bizi "telegram"da izləyin