Suriyadakı vəziyyət ABŞ və Rusiyanın əməkdaşlığı ilə həll edilə bilər - Avstriya kansleri

2018/05/2388-Sebastyan-Kurts_1527495588.jpg
Oxunub: 4490     16:18     28 May 2018    
“Suriyadakı vəziyyət Qərb tərəfindən yalnız Vaşinqton və Moskvanın qarşılıqlı əməkdaşlığı nəticəsində həll oluna bilər”.

Ordu.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Sebastyan Kurts bəyan edib.

“Suriya münaqişəsini yalnız ABŞ və Rusiyanın birgə fəaliyyəti ilə həll edə bilərik. Buna görə də Avstriya kimi həmişə körpü rolunu oynayan ölkələr Rusiya ilə yaxşı əlaqələrə malikdir”, - deyə Kurts bildirib.

O qeyd edib ki, Qərb təklikdə Ukraynanın şərqində mövcud olan böhranı həll etmək iqtidarında deyil.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin