Puşkov: “Tramp KXDR-i nüvə bombasından məhrum etmək istəyir”

2018/05/2379-Aleksey-Puşkov_1527488850.jpg
Oxunub: 2753     14:52     28 May 2018    
“ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı nüvə bombasından məhrum etmək istəyir”.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü, senator Aleksey Puşkov bəyan edib.

“Tramp KXDR-i nüvə bombasından məhrum etmək istəyir, Kim Çen In isə onları vermək istəmir, görüş məhz bu səbəbdən zəruridir”, - deyə Puşkov bildirib.

O qeyd edib ki, əgər ABŞ Şimali Koreyanı nüvə silahından məhrum edə bilsə, dərhal dialoqa marağını itərəcək və köhnə siyasətinə qayıdacaq.

“Şimali Koreya lideri Kim Çen Inın Vaşinqtonda dostları yoxdur və bu da vəziyyətə təsir göstərən əsas amillərdəndir”, - deyə Puşkov açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Aleksey-Puşkov  


Bizi "telegram"da izləyin