Pentaqon: Cənubi Çin dənizində əməliyyatlar davam etdiriləcək

2018/05/2378-Pentaqon_1527488080.jpg
Oxunub: 1420     14:24     28 May 2018    
“ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Cənubi Çin dənizində öz əməliyyatlarını davam etdirəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun polkovnik-leytenantı Kristofer Loqan bəyan edib.

“Biz naviqasiyanın azadlığının təminatı üzrə əməliyyatlarımızı daha öncə müəyyənləşdirilən qayda üzrə keçiririk və keçirməyə davam edəcəyik”, - deyə Loqan bildirib.

O qeyd edib ki, Amerika gəmiləri Asiya-Sakit okean regionu, o cümlədən Cənubi Çin dənizində əməliyyatları keçirməyə davam edəcək və bu, beynəlxalq hüququn prinsiplərinə zidd deyil.

Əlavə edək ki, daha öncə Pekin Birləşmiş Ştatların Çinin su akvatoriyasının sərhədlərini pozması barədə bəyanat yayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Cənubi-Çin-dənizi   Pentaqon  


Bizi "telegram"da izləyin