Cənubi Koreya prezidenti ABŞ və KXDR liderlərinin görüşünə qoşula bilər

2018/05/2376-Mun-Çje-İn_1527486809.jpg
Oxunub: 3685     14:04     28 May 2018    
Cənubi Koreya prezidenti Mun Çje İn ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında baş tutacaq sammitə qoşula bilər.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat yayıb.

“ABŞ və KXDR liderləri arasında müzakirələr yalnız indi başlayıb, odur ki, Cənubi Koreya prezident Mun Çje İnin sammitdə iştirak edib-etməyəcəyindən asılı olmayaraq nəticələri gözləyir”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, ABŞ və KXDR liderləri arasında sammit daha öncə planlaşdırıldığı kimi, iyunun 12-də keçirilə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ   KXDR   Mun-Çje-İn  


Bizi "telegram"da izləyin