Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin dəyəri 7,2 milyon dollardır. Müqavilə çərçivəsində “Raytheon” APX 114 və APX 119 sistemləri üçün proqram təminatını həyata keçirəcək. Müqavilənin 2020-ci ilin iyununda yekunlaşması gözlənilir.
Qeyd edək ki, APX 114 və APX 119 hava vasitələrinin dost yoxsa düşmən olduğunu müəyyənləşdirən sistemlərdir. Onlar həm komanda, həm də nəzarət üçün nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az