Rusiya gəmisi Suriya sahillərinə yollanıb

2018/05/2360_1527257029.jpg
Oxunub: 2233     22:32     25 May 2018    
Rusiya Qara Dəniz Donanmasının “Qraçonok” diversiyanın qarşısının alınması gəmisi Bosfor boğazını keçərək Suriya sahillərinə yön alıb.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Qraçonok” Rusiyanın Suriyada yerləşən “Tartus” dəniz bazasına doğru yön alıb.

İki gün öncə isə Rusiyanın “Şaxtyor” xilasedici gəmisi, ondan bir neçə saat sonra isə “Nikolay Filçenkov” böyük desant gəmisi Bosfor boğazını keçərək “Tartus”a doğru yön alıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Qraçonok  


Bizi "telegram"da izləyin