Tramp: “ABŞ hələ də Pxenyanla görüşün keçirilməsini müzakirə edir”

2018/05/2359-Donald-Tramp_1527256612.jpg
Oxunub: 1621     21:58     25 May 2018    
“Ağ Ev Şimali Koreya ilə sammitin keçirilməsi mövzusunun müzakirəsini davam etdirir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Nə olacağını zaman göstərəcək. KXDR bunun baş verməsini çox istəyir. Biz də bunu etmək istərdik”, - deyə Tramp bildirib.

O qeyd edib ki, ABŞ Konqresində olan demokratlar onu tənqid etməklə Pxenyan və Vaşinqton arasında dialoqun baş tutmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Donald-Tramp  


Bizi "telegram"da izləyin