Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bəyan edib.
“Rusiya Aerokosmik Qüvvələri üçün Suriyadakı əməliyyatlar xüsusi əhəmiyyət daşıdı, qoşunların böyük əksəriyyəti orada əməliyyatlarda iştirak etdi”, - deyə Şoyqu bildirib.
O qeyd edib ki, Suriya əməliyyatları çərçivəsində əldə edilən təcrübə qoşunların hazırlanması və təkmilləşdirilməsində istifadə edilir.
Ağalar Qəribov
Ordu.az