Belarus və NATO regional əməkdaşlığı müzakirə edib

2018/05/2351_1527252174.png
Oxunub: 4300     20:42     25 May 2018    
Belarus müdafiə nazirinin müavini, Beynəlxalq Hərbi Əməkdaşlıq Şöbəsinin rəisi, general-mayor Oleq Voinovla NATO baş katibi köməkçisinin müavini Ceyms Appaturay arasında görüş baş ttub.

Ordu.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş “Şərqi Avropa: hər kəs üçün təhlükəsizlik axtarışında” forumu çərçivəsində baş tutub.

Tərəflər görüş çərçivəsində regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar. Həmçinin Belarus və NATO arasında hərbi sahədə əməkdaşlığın inkişaf prespektivləri də müzakirə olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   NATO  


Bizi "telegram"da izləyin