Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri məlumat yayıb.
“Bu gün İraq F-16-ları Suriyada İŞİD-in iki mənzil qərargahı, o cümlədən döyüş sursatı anbarına zərbələr endirib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, hədəflər dəqiqliklə məhv edilib. Lakin hələlik insan itkiləri barədə məlumat yayılmayıb.
Ağalar Qəribov
Ordu.az