Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yeni qəbul edilən qanun layihəsində bəhs edilir.
“Rusiya Federasiyasının orta və yaxın mənzilli raketlərin məhv edilməsi üzrə müqavilənin müddəlarını pozması ilə əlaqədar olaraq ABŞ prezidentinin müqaviləni dayandırmaq səlahiyyətinin müddəti artırılır”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, əgər bir il ərzində Tramp Konqresin Xarici Məsələlər və Silahlı Qüvvələrin Məsələləri Komitələrinə Rusiyanın yenidən müqavilənin icrasına qayıtdığı barədə məlumat verməsə, ABŞ-a qarşı da bu müqavilənin məhdudiyyətləri qüvvəsini itirəcək.
Ağalar Qəribov
Ordu.az