Ordu.az “Daily Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Pentaqon artıq göyərtə nömrəsi 18-001 olan və üzərinə Türkiyə bayrağı vurulan F-35A-nın görüntülərini yayıb. Təyyarənin ilk fotoları isə mayın 1-də “Twitter”də peyda olub.
Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının pilotları 6 həftəlik tədris proqramından sonra F-35A qırıcılarını idarə edə biləcəklər.
Ağalar Qəribov
Ordu.az