"Hakopyanı kəsib yarasına duz doldurmaq, güllələmək lazım idi" - Erməni əsgər anaları (VİDEO)
Oxunub: 2257
18:16
24 May 2018
"Movses Hakopyanı vəzifədən azad etmək yox, onu güllələmək lazım idi"
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün yenə də Ermənistan hökümət binası qarşısında sülh dövründə övladları orduda ölən valideynlərin etiraz aksiyası keçirilib.
Onlar Movses Hakopyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə münasibət bildiriblər: "Movses Hakopyanı vəzifədən azad etmək yox, onu gərək bura meydana gətirərək kəsib yarasına duz doldurardılar. Çünki ilk adam öldürən, cinayətkar, hamının himayədarı məhs Movses, Mozi deyilən şəxsdir".
Etirazçıların sözlərinə görə, Hakopyanı nəinki işdən çıxartmaq, xalqın qarşısında gülləmək lazım idi.
"İş görməyən satqınlar bu binada oturarkən, bizim əsgərlərin də günü belə olmalı idi. Movses Hakopyanı çıxarıb xalqın qarşısında güllələmək lazımdır", - deyə ölən erməni əsgər anaları etiraz ediblər.