Müharibə 10 ildən sonra necə aparılacaq? Bu mülki vətəndaşlar üçün fantaziya mövzusunda olan bir sual kimi görünə bilər, lakin İsrail Ordusunun şəxsi heyəti 2030-cu ildə hansı silahlarla və necə müharibə aparacağını artıq dəqiq bilir.
1990-cı illərdə yüksək dəqiqlikli silahların istehsalıda baş verən inqilabi dəyişikliklər 2000-ci illərdə hərbi- informasiya texnologiyaları sənayesinin kəskin yüksəlişinə səbəb oldu.
"Aparıcı texniki ekspert kimi deyə bilərəm ki, süni intellekt imkanlarının gözlənilən sıçrayışı çox sayda silah sistemlərinin imkanlarını kökündən dəyişdirəcək. Biz digər silahlara inteqrasiya edilən şəbəkələr yaradaraq onu avtomatik vasitələrlə təmin ediik ki, şəxsi heyətin risklərini azaldaq", - deyə Texnologiya və Logistika İdarəsinin texnologiya şöbəsinin rəisi polkovnik Ziv Avtalon bildirib.
Hazırda SAXAL üç "inqilab" həyəcanını birdən yaşayır: süni intellekt (AI), neyron şəbəkələri və "böyük verilənlər" ( Biq Data). 2030-cu ildə İsrailin briqada komandirlərinə sürücüsü olan rabitə (İT) zabiti ilə bərabər məlumat analitiki də veriləcək.
Lakin avtonom sistemlərə keçid bütün sahələri tam əhatə etməyəcək. Kifayət qədər yenilənən Hərbi Hava qüvvələri və Hərbi Dəniz Qüvvələri və tank qoşunları bir müddət "köhnə qayda ilə" vurmağa davam edəcək. Lakin Quru Qoşunları yaxın gələcəkdə müxtəlif informasiya sistemlərini istifadə edərək silahların inteqrasiya olunan şəbəkəkəsini dəqiq əldə edəcəklər.
Birdəfəlik dronlar
"Səma atlısı" PUA-sı
Onilliklər ərzində İsrail Ordusunun əsas diqqəti kəşfiyyat və hərbi hava qüvvələrinə yönəlmişdi. Döyüşdə əsgər və komandirlər yalnız düşmənə deyil, həm də bilinməyən - "müharibə dumanı" ilə qarşılaşırlar. Bu termin ilk dəfə böyük hərbi nəzəriyyəçi Karl fon Klausevitz tərəfindən istifadə edilib ki, müharibənin dəqiq olmayan, etibarsız bir sahə olduğunu və döyüşən tərəflərin daim gözlənilməz hadisələrlə qarşılaşa biləcəyini vurğulasın.
Bu dumanı dağıtmaq və ətrafda baş verənlər barədə komandirlərə mümkün qədər çox məlumat verilməsi və doğru qərar qəbul edilməsinə kömək etmək üçün İsrail Ordusu "Səma Atlısı" PUA-larının inkişafına başladı.
Bu kiçik PUA 10.10.2010-cu ildə yaradıldı. Sistemi iki hissədən ibarətdir: uçuş və yerüstü. Uçan hissəsi təxminən 7 kiloqram olan bir pilotsuz aparatdır. Qurulması və sökülməsi çox asandır. Döyüşçülərin arxa çantalarında daşınır.
Ekipaj döyüş əməliyyat rayonunda daim taboru müşayiət edir və tabor komandirinin qərarına görə 10 dəqiqə ərzində onu döyüş vəziyyətinə gətirərək yerdə quraşdırılan katapultdan havaya buraxır.
PUA çox sadədir, yalnız on hissədən ibarətdir - qanadlar, quyruq stabilizatoru, mühərrik və s.
Yerüstü qurğuya cavabdeh operator isə kompüterə yüklənən xüsusi proqram təminatının köməyi ilə uçuşa nəzarət edir. Bunu etmək kifayət qədər sadədir: operatorun məlumat almaq istədiyi obyekt və ya nöqtəni xəritədə qeyd etməsi yetərlidir ki, PUA həmin ərazi üzərində uçsun. Bu isə operatorun PUA-nın idarəedilməsinə zaman ayırmadığından əsas tapşırığının yerinə yetirilməsinə diqqətini cəmləşdirməsinə imkan verir.
Bu sahədə hər zaman yeni inkişaflar ortaya çıxır. SAXAL-ı hansı yeniliklər gözləyir?
"Səma Atlısı" adlı yeni modifikasiyanın artıq onuncu modeli adlandırılan versiyası uzərində işlər tamamlanıb. Bu artıq yeni nəsil hesab olunur. Yeni PUA xarici görünüşünə görə indi xidmətdə olanlardan az fərqlənir, lakin yeni elektron avadanlıqlara sahibdir. Rabitə yaxşılaşdırılıb, keyfiyyətli görüntülər əldə olunur, termal kameralar gecələr də aktivdir, aerodinamikanın təkmilləşdirilməsi küləkli havada belə fəaliyyətə imkan verir, yeni nəsil bort kompüteri quraşdırılıb və s.
Tabor komandirinin real vaxtda döyüşçülərini gözləyən düşmən təhlükələri haqqında məlumatları əldə edərək öncədən hazırlaşması çox ciddi bir üstünlük hesab edilir. Müasir müharibə qanunları artıq informasiya üzərində qurulub: kim birinci məlumat əldə edərək ilk zərbəni endirirsə, o da uğur qazanır. Bunu bizim tabor komandirlərimiz də unutmamaladır. Beləliklə, istənilən vəziyyətdə məlumat çox vacibdir və o, bütün mümkün vasitələrlə fasiləsiz olaraq əldə edilməlidir. Tabor komandirinin iki və ya üç kilometr sonra, deyək ki, yaxın və ya uzaq hücum tapşırığı zonasında baş verənlər və taboru gözləyən təhdidlər haqqında dəqiq və keyfiyyətli məlumatlar əldə etməsi, ona hucum edən qüvvələrin əsas zərbə istiqamətini doğru təyin etməyə və lazımsız zərərlərin qarşısını almaq üçün geniş imkan verir.
Komanda məntəqələrini, ön xətti və tank əleyhinə vasitələri tam aşkar etmək, səngər, sığınacaq və tunellərin sxemini əldə etmək, HHM, tank və artilleriya sisteminin yerləşməsini əvvəlcədən dəqiq bilmək hər bir hücuma keçən komandirin ən böyük arzusudur.
Təbii ki, PUA qırıcı deyil və onların düşmən atəşindən tam qorunması mümkün deyil. Bu PUA-ların üstünlüyü əldə etdiyi məlumatlar real zamanda kodlaşdırılaraq ötürülməsindədir. Bu PUA-nın vurulması isə heç bir operativ itkiyə və ya məlumatların düşmən tərəfindən əldə olunmasına səbəb olmur.
"Elbit" konserni hazırda yüksək sürətli artilleriya atəşinin idarəedilməsi sisteminə paralel olaraq, mövqedə yerləşmə koordinatlarının, hava şəraitinin və s. avtomatik alt sistemlərə inteqrasiyasını həyata keçirən komplekslər hazırlayır.
Yeni sistem zirehli personal daşıyıcılarına deyil, xüsusi yük avtomobillərinə quraşdırılacaq. Həmçinin, 300 km məsafəyə qədər dəqiq atəş açan raketlərlə təchiz olunan raket briqadaları yaradılır.
İsrail Quru Qoşunları artıq "Elbit" konserninin "Səma Atlısı-20" PUA-ları ilə təchiz edilir. Əvvəllər artilleriya bölmələrində olan PUA-lar 6 saat fasiləsiz kəşfiyyat aparmaqla artıq bölmə komandirlərinin HHM qüvvələrindən məlumat asılılığını kifayət qədər azaldıb. Hazırda "yırtıcı" və "kamikadze" tipli PUA-ların bölmələr üçün versiyasının orduda sınaqları bitmək üzrədir. 2030-cu ilədək qoşunların yerləşdiyi ərazidən asılı olmayaraq, hər yerdə onları rabitə ilə təmin edəcək PUA-lar silahlanmaya qəbul ediləcək. Məhz, belə yeniliklərə görə İsrail həm istifadə etdiyi PUA sayına, keyfiyyətinə görə PUA sahəsində dünya liderlərindən biridir.
2020-ci ildə İsrail sənayesi aktiv müdafiə sistemi, hədəf təyin etmə sistemi və ümumi ordu kompüter şəbəkəsinə inteqrasiya edilən "Merkava IV-Barak " təkmilləşdirilən tanklarının seriya istehsalına başlayır. 2030-cu ildə "Merkava", iki nəfərlik ekipaj üzvü olan yeni "Karmel" tankları tərəfindən əvəzlənəcək. Top ilə silahlanan təkərli "Rakiya" avtomobilinın də davamlı olaraq yeni versiyaları hazırlanır. Beləliklə, yaxın on illik nisbi konservatizmdən sonra Quru Qoşunları müasir müharibənin aparılması üçün xeyli sayda yeni vasitələrə sahib olacaq.
Dənizdə "Dəmir Qübbə"
Pilotsuz qayıq
Almaniya yaxın zamanlarda İsraili sualtı qayıqlar və "Saar-6" korvetləri ilə təmin edəcək. Onlar "Aviasiya Sənayesi" tərəfindən hazırlanan "Barak-8" raket əleyhinə müdafiə sistemi ilə təchiz olunacaqlar. Bu vasitələr Suriya və Hizbullah silahlanmasında mövcud olan supersəs sürətli "yaxont" raketlərinə (Sovet/Rusiya istehsalı P- 800 "Oniks" və ya NATO-da SS-26) qarşı mübarizə apararaq, "Dəmir Qübbə" RƏM sisteminin dəniz versiyası olacaq. Kompleksin əsas məqsədinin Aralıq dənizindəki qaz yataqlarının qorunmasından ibarət olacağı gözlənilir.
SAXAL DQ-ni uzaq məsafələrdə yerləşən hədəflərə hücum etmək üçün uzaq mənzilli raketlərlə təchiz etmək imkanını araşdırır. Hazırda gəmilərdən yüz kilometrlərlə uzaq məsafələrdən hədəfləri məhv etmək üçün buraxılacaq "yeni və ağıllı" raketlərin tətbiqinin çox da böyük olmayan investisiyalar hesabına həyata keçirilməsi müzakirə mövzusudur.
2030-cu ilə qədər İsrail Ordusu sifariş verdiyi 3 sualtı gəmidən ən azı birini silahlanmasına qəbul edəcək. Sualtı gəmilərin, əvvəlki qayıqların inşa edildiyi eyni "Thyssen Krupp" tərsanəsində inşa ediləcəyinə baxmayaraq, onlar sələflərindən çox fərqli olacaq. Bu sualtı qayıqlar uzun dalğalarda belə obyektləri daha dəqiq və daha tez aşkar edə bilən effektiv hidrolokasiya sisteminə sahibdir. Daha mürrəkkəb RLS-dən istifadə edilməsi sualtı qayiqların korpusunun layihələndirilməsində dəyişikliklər edilməsini tələb edir.
Yeni sualtı qayıqlar daha uzun müddət su altında qalmağı təmin edən havadan asılı olmayan sistemə malik mühərriklərlə (AIP) təchiz edilir. Artıq silahlanmaya qəbul edilən "Tanin" və "Ahi" qayıqları (4 və 5 nömrəli, yeni Almaniya gəmiləri isə 7-9 nömrələrini alacaq) belə bir sistemlə təchiz olunub. Katerlər isə İsraildə sifariş verilib. Onların su tutumu 500-dən 900 tona qədər artırılıb. İsrail HDQ-nin Komandanlığı, Baş Qərargahı Rusiya, o cümlədən digər xarici ölkələrin hərbi gəmilərinin getdikcə artan sayının İsrail sahillərində daha sıx-sıx görünməsini önləmək üçün hərbi gəmilərin sayının artırılmasına inandırmaq istəyir. Əvvəlki "Saar-5" gəmilərinin dəyişdirilməsinə artıq başlanılıb.
Başqa bir istiqamət, ilk növbədə su sahəsinin mühafizəsi üçün istifadə edilən pilotsuz gəmilərdir. Eyni zamanda, məsələn, narkotik kartelləri və ya teror qruplaşmaları tərəfindən istifadə edilən kiçik sualtı qayıqların (10-100 ton) aşkarlanmasının imkanları artır. Terrorçuların bölgəyə silahları bu metodla gətirə biləcəyi təxmin edilir.
60 yaşlı "Kərgədan"
F-35
Yaxın gələcəkdə, Hərbi Hava Qüvvələri 2030-cu ildə hansı təyyarələrdən istifadə edəcəyinə dair son qərarı verməlidir. Komandanlıq F-35I və ya mövcud İsrail döyüş maşınlarının ən müasir versiyası olan F-15IA eskadrilyası arasında seçim etməlidir. Üçüncü variant isə əməliyyat davamiyyətinə imkan yaradan qısa qalxma məsafəli F-35B-dir. Başqa bir prinsipial qərar da 2030-cu ildən əvvəl verilməlidir. Regiondakı mövcud vəziyyət və baş verə biləcək dəyişikliklər nəzərə alınaraq, HHQ-nin mümkün qruplaşmasının ştat tərkibi və təhlükəli şəraitdə qüvvələrin artırılması imkanları detallı təhlil olunmalıdır. 2030-cu ildə mövcud "Sikorski" helikopterləri əlli yaşına çatacaq. Onları "Boeing Chinook-CH-47" (50 milyon) və ya çox bahalı (90 milyon) "Sikorsky-CH53K" helikopterləri əvəz edə bilər.
2030-cu ilə qədər SAXAL "Boeing-V22" ilə uçacaq. Bu tipli əlavə 6 helikopterin satın alınma əməliyyatı isə son anda ləğv edilib.
2030-cu ildə ABŞ HDQ kiçik pilotsuz yanacaq doldurma təyyarələrinə sahib olacaq. İsrailin əslində bu PUA-lara ehtiyacı olmasa da, hazırda onların istehsalı barədə bəzi şirkətlər məsləhətləşmələr aparır.
Hələ də İsraildə 60 yaşındakı "Hercules" (İsrail terminologiyasında "Kərgədan"-red.) xidmət edir. 2018-ci ilin iyulunda sonuncu "Kərgədan" modernləşdiriləcək və xidmət müddəti 2030-cu ilə qədər artırılacaq.
HHM qüvvələrinin də komplekslərinin inkişaf etdiriləcəyi gözlənilir. 2030-cu ilədək "Patriot"ların modernləşdirilməsi və ya pilotların "Davidin Sapandı" adlandırdığı sehrli çubuğu tətbiq edəcəyi ilə bağlı qərar verilməlidir. Müasir qırıcı pilotlarının təlim sistemi ciddi şəkildə dəyişəcək. F-35-lərdə təlim vaxtının yarısı təqlidedici trenajorlarda keçirilir.
Kimlik bilərziyi
SAXAL-dan yenilik: həyatı xilas etmək üçün ağıllı qolbaq
2030-cu ildən əvvəl hərbçilərin "jetonu" (bəzən "disk" və ya "ölüm medalyonu" adlandırılan) onların sağlamlığı və keçirdiyi tibbi əməliyyatlar barədə ətraflı məlumatlar daşıyan bilərziklərlə əvəz olunacaq.
Hazırda, SAXAL-ın Tibb Xidməti döyüş meydanından yaralıları evakuasiya edəcək pilotsuz nəqliyyat vasitələrə quraşdırılacaq avtonom sistemlərin inkişafında iştirak edir.
SAXAL əsgələri keyfiyyətsiz konservləşdirilmiş ət məhsulları ilə təminatını dayandırıb, lakin 2030-ci ildə real vaxtda 3D ölçülü printerlərlərdə sursat istehsalı ilə yanaşı, həm də ərzaq məhsullarını "çap" etmək lazım gələcək. Çünki ərzaq çatdırılması çətinlikləri bəzən aşılmaz ola bilər. Bu texnologiya artıq NASA tərəfindən sınaq rejimində istifadə olunur.
Lojistika özü dəyişəcək. ABŞ ordusu, yalnız ön avtomobildə sürücü yerləşdirilən digərlərinin isə onun izi ilə ardınca "sürücüsüz" olaraq gedən konvoy variantını sınaqdan keçirir. İsrail isə bu cür vasitələrdən, məsələn, sürücüsüz D9 buldozerindən artıq istifadə edir.
Bütün atəş açan vasitələrdən həmçinin məlumatları toplamaq və təhlil etmək üçün istifadə ediləcək bir zamanda, ordu əsgərləri nəinki təhlükələri aşkar etmək üçün kameralar təchiz edir, eyni vaxtda bu məlumatlari həmin təhlükələri məhv etmək üçün məlumat banklarında yerləşdirmək istəyir.
Bir əsgər döyüş sahəsində mətn mesajını oxuya bilmir, lakin onun diqqətini yayındırmamaqla, ona birbaşa dəbilqəsinə (pilotlarda olduğu kimi) məlumat göndərə bilərsiniz. Bu proses böyük hesablama gücünə ehtiyac duyacaq. Burada mülki və ehtiyat serverlərin də köməyinə ehtiyac duyulacağı istisna edilmir.
Dəyanət Ağalarlı
Ordu.az