Ordu.az TASS informasiya agentliyinə istiandən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırış və Təhdid Məsələləri Şöbəsinin direktor müavini Dmitri Feoktistov bəyan edib.
“Təəssüf ki, amerikalılarla siyasi dialoq yoxdur. Son illərdə ümumiyyətlə belə bir diaoq olmayıb. ABŞ hökuməti terrorizmlə mübarizə sahəsində Rusiya ilə əməkdaşlıqdan yayınır və bunu heç nə ilə əsaslandırmır”, - deyə Feoktistov bildirib.
O qeyd edib ki, ABŞ nəinki əməkdaşlqdan yayınır, həm də Rusiyanın terrorizm ideologiyalarına qarşı mübarizəyə dair təşəbbüsləri həyata keçirməsinə mane olur.
“Bununla əlaqədar olaraq qlobal mexanizm yaratmaq lazımdır ki, ABŞ ikili standartlar mövqeyindən çıxış edə bilməsin”, - deyə Feoktistov açıqlayıb.
Ağalar Qəribov
Ordu.az