Dumada NATO istehsalı minalar tapılıb

2018/05/234234_1525414898.jpg
Oxunub: 3157     14:38     04 May 2018    
Suriyanın Duma şəhərinin təmizlənməsi zamanı NATO mənşəli yüzlərlə minalar, minamyotlar və qumbaraatanlar tapılıb.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Uzlaşma Mərkəzi məlumat yayıb.

Məlumata görə, Suriya bombaların zərərsizləşdirilməsi komandası bu vaxta qədər 1,2 min mina, 1,5 ton partlayıcı maddə və 4 min kustar üsullarla hazırlanmış partlayıcı qurğu zərərsizləşdirib.

Bunların arasında bəzi NATO ölkələrində istehsal edilmiş sursatlar da aşkarlanıb.

Rusiya Müdafiə Nazirliyi Dumadakı mina təmizləmə əməliyyatlarının qarşıdakı üç ay ərzində başa çata biləcəyini bildirib.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Duma   NATO   Mina  


Bizi "telegram"da izləyin