İnin mətbuat katibi: “ABŞ öz qoşunlarını Cənubi Koreyadan çıxarmayacaq”

2018/05/1850_1525412349.jpg
Oxunub: 3027     13:37     04 May 2018    
“ABŞ öz qoşunlarının Cənubi Koreya ərazisindən çıxarılmasını nəzərdən keçirmir”.

Ordu.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yox Çxan bəyan edib.

“ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü olan Ağ Evin yüksək nümayəndəsi məlumat verib ki, ABŞ qoşunlarının Cənubi Koreyadan çıxarılması barədə məlumat reallığa uyğun deyil”, - deyə Çxan bildirib.

O qeyd edib ki, ABŞ qoşunları hətta KXDR-lə sülh müqaviləsi imzalanması halında belə Cənubi Koreya ərazisini tərk etməyəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin