Qələbə paradı üzərindən Rusiya AQ-nin təyyarə və helikopterləri uçacaq

2018/05/1849_1525411678.jpg
Oxunub: 4348     13:27     04 May 2018    
Bu gün Moskvanın Qırmızı Meydanında keçiriləcək Qələbə paradında iştirak edəcək aviasiya qüvvələrinin ilk məşqi keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Aeroskmik Qüvvələrinin təyyarə və helikopterləri mayın 4-də saat 10:40-da (Bakı vatı ilə 11:40 – red.) Moskvanın mərkəzində parad düzülüşü üzərindən uçaraq keçəcək. Bu il Qırmızı Meydanda keçirilən ilk məşq pilotlara nəzərdə tutulan nöqtələrə çıxışların müddətini dəqiqləşdirmək və hava düzülüşündə dəqiq mövqe tutmağa kömək olacaq. Bu həmçinin uçuşların təhlükəsizliyini də təmin edəcək”, - deyə məlumatda qeyd olunur.

Bu il Moskvada keçirilən Qələbə paradında ümumilikdə 75 ekipaj iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qələbə-paradı  


Bizi "telegram"da izləyin