Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
“Pentaqon Amerika hərbi pilotlarına Cibutidə Çin hərbi bazasından lazer tətbiqi ilə maneələr yaradarsa, Vaşinqton buna cavab verəcək”, - deyə Sanders bildirib.
O qeyd edib ki, ABŞ həmçinin Cənubi-Çin dənizinin Pekin tərəfindən hərbiləşdirilməsindən xəbərdardır.
“Biz bununla əlaqədar oalraq Çin tərəfinə bilavasitə narahatlığımızı ifadə etdik, bu fəaliyyətin qısamüddətli və uzunmüddətli cavabları olacaq”, - deyə Sanders açıqlayıb.
Ağalar Qəribov
Ordu.az