“Aston Martin” yeni sualtı gəmi hazırlayıb

2018/05/1842_1525353906.jpg
Oxunub: 2499     21:21     03 May 2018    
Britaniyanın “Aston Martin” şirkəti yeni “Neptune Submersible” sualtı gəmisini təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Aston Martin” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gəmi hazırlanarkən onun film qəhrəmanı Ceyms Bond seriyasında istifadə olunan sualtı gəmiyə oxşadılmasına çalışılıb.

“Aston Martin” sualtı gəmini ABŞ-ın “Triton” şirkəti ilə birlikdə hazırlayır. Gəmi saatda təxminən 10 kilometr hərəkət etməyə qadir oalcaq, bu isə “Triton”un flaqman gəmisindən 4 dəfə daha böyük surətdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aston-Martin   Triton   Neptune-Submersible  


Bizi "telegram"da izləyin