“BAE Systems” ABŞ ordusuna yeni nəsil raket xəbərdarlıq sistemləri təmin edəcək

2018/05/34543534_1525353158.jpg
Oxunub: 4379     23:01     03 May 2018    
ABŞ Quru Qoşunları “BAE Systems”lə yeni nəsil raket xəbərdarlıq sisteminin hazırlanmasına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni sistem pilot və ekipajı yeni və yaranma təhlükəsi olan təhdidlərdən mühafizə edəcək.

Kompaniyanın qabaqcıl xəbərdarlıq sistemi olan 2C-AWS təyyarəni raket xəbərdarlığı və mərmi atışından mühafizə edəcək və həyata keçirilməkdə olan missiyanın səmərəliliyini möhkəmləndirəcək.

ABŞ Quru Qoşunları ilə imzalanan müqavilənin dəyəri 97,9 milyon dollardır. “BAE Systems” bu müqavilə əsasında ABŞ QQ üçün Cəld Reaksiya Qabiliyyəti (Quick Reaction Capability) xəbərdarlıq sistemləri hazırlayacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAESystems   ABŞ-ordusu  


Bizi "telegram"da izləyin