Ordu.az “Defence News” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Con Makkeyn bəyan edib.
Senator müəllifi olduğu “Arasıkəsilməz dalğa” (“The Restless Wave”) kitabından Vaşinqton tərəfindən qəbul edilən sanksiyalarla yanaşı Rusiyanı cəzalandırmaq üçün başqa bir yol – kiberhücumların həyata keçirilməsini də təklif edir.
“Kiberhücumlar Moskva üçün yaxşı siqnal olaraq onların Birləşmiş Ştatların demokratik prinsiplərinə və demokratik institutlarına münasibətini dəyişdirə bilərdi”, - deyə Makkeyn vurğulayıb.
Məlumata görə, 81 yaşlı senator kitabında ABŞ-ın dünyada ilk növbədə Rusiyaya qarşı güc mövqeyindən çıxış etməsinin önəmli olduğunu bildirib və ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Moskvaya qarşı sülhsevər tonda yanaşdığı üçün tənqid edib.
Ağalar Qəribov
Ordu.az