Yəmənin Sokotra adasında vəziyyətin gərginləşməsi fonunda Birləşmiş Ərəb Əmirliyi adaya daha 100 əsgər və 4 hərbi təyyarə cəmləyib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, BƏƏ Sokotra adasında hərbi əməliyyat keçirdiyini təsdiqləyib.
Qeyd edək ki, BƏƏ 2015-ci ilin martından etibarən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası adı altında Yəməndə husilərə qarşı döyüşlər aparır.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Yəmən
Husilər
BƏƏ