Rusiya MN 4 ədəd Su-25-i modernləşdirəcək

2018/05/5345_1525352071.jpg
Oxunub: 2543     00:04     04 May 2018    
Rusiya Müdafiə Nazirliyi 4 ədəd Su-25 qırıcısının Su-25SM3 modifikasiyasına qədər modernləşdirilməsinə dair tender elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Su-25-lərin Su-25CM3-lərə qədər modernləşdirilməsi növbəti ilin 10 may tarixinədək tamamlanmalıdır.

Müqavilənin ümumi qiymətinin 1,6 milyard rubl təşkil edəcəyi bilinir. Sifarişin icraçısının adı isə artıq iyunun 4-də açıqlanacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-25  


Bizi "telegram"da izləyin