“Kinjal”la təchiz olunan MiQ-31K-lar Qələbə paradında iştirak edəcək

2018/05/456456_1525351501.jpg
Oxunub: 2021     20:43     03 May 2018    
“Yeni “Kinjal” hipersəs raket kompleksi ilə təchiz edilən modernləşdirilmiş MiQ-31K qırıcısı Moskvadakı qələbə paradında iştirak edəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Xatırlatmaq istəyirəm ki, Rusiyada ən vacib və nüfuzlu bayrama – Qələbə Gününə bir həftədən də az vaxt qalıb. Hazırda tam gücü ilə hərbi parada hazırlıq davam edir”, - deyə Şoyqu bildirib.

O qeyd edib ki, paradın aviasiya nümayişi tərkibində modernləşdirilən MiQ-31K-larla yanaşı yeni Su-57, Su-30SM və MİQ-29SMT təyyarələri də iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kinjal   MiQ-31K   Qələbə-paradı  


Bizi "telegram"da izləyin