“Şərqi Qutada terrorçuların məhvi tamamlanıb” - Lavrov

2018/05/6456_1525350922.jpg
Oxunub: 1642     20:32     03 May 2018    
“Suriyanın Şərqi Quta bölgəsindəki deeskalyasiya zonasında terrorçuların məhvi məsələsi əsasən həll edilib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

O, bu barədə İordaniya xarici işlər naziri Ayman əs-Səfadi ilə keçirilən danışıqların yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

“Deeskalyasiya zonaları müvəqqəti əsaslarla yaradılıb, insanlar bütövlükdə dinc həyata qayıtdıqdan sonra bu zonalar ləğv ediləcək”, - deyə Lavrov açıqlayıb.

O qeyd edib ki, daha öncə Şərqi Quta zonasına nəzarət “Ən-Nüsra Cəbhəsi” terror təşkilatı və digər qeyri-qanuni hərbi birləşmələr tərəfindən həyata keçirilirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Şərqi-Quta  


Bizi "telegram"da izləyin