Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Təbii ki, BMT Təhlükəsizlik Şurası yenilənməyə ehtiyac duyur. Orqanın indiki vəziyyəti hazırda dünyada mövcud olan qüvvələr balansını əks etdirmir. Onun əsas çatışmazlığı inkişaf edən regionların fikrinin nəzərə alınmamasıdır. Biz BMT Təhlükəsizlik Şurasının Afrika, Asiya və Amerikadan olan ölkələrlə tamamlanması mövqeyindən çıxış edirik”, - deyə Lavrov bildirib.
O qeyd edib ki, Hindistan və Braziliya kimi ölkələr Təhlükəsizlik Şurasına üzv olmağa real namizədlərdir.
Ağalar Qəribov
Ordu.az