ABŞ “Yaşıl Beretli”ləri Yəməndəki koalisiyaya dəstək olur

2018/05/5345345_1525348271.jpg
Oxunub: 2303     19:51     03 May 2018    
Bir neçə il ərzində ABŞ ordusu Yəməndəki qanlı vətəndaş müharibəsindən kənarda qalmağa çalışsa da, son dövrlərdə bu o qədər də mümkün olmayıb.

Ordu.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, son bir il ərzində ondan çox “Yaşıl Beretli”dən ibarət bir qrup döyüş manqası Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd bölgəsinə gedib.

Onlar burada Səudiyyə Ərəbistanı ordusuna dəstək göstərir. Onların yerləşdirilməsi dekabrda husilərin atdığı ballistik raketin Ər-Riyad yaxınlığına düşməsində sonraya təsadüf edir.

Birləşmiş Ştatlar ordusu və Tramp administrasiyası bu komandosların sərhəd bölgəsində Səudiyyə Ərəbistanının quru qoşunlarına təlim keçdiyini bildirib. Onlar həmçinin Nəcranda Amerika kəşfiyyat analistləri ilə əməkdaşlıq edirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Yəmən   Koalisiya  


Bizi "telegram"da izləyin