Rusiya HDD-nin böyük desant gəmisi Aralıq dənizinə daxil olub

2018/05/234234_1525347805.jpg
Oxunub: 2747     19:42     03 May 2018    
Rusiya Hərbi Dəniz Donanmasının “Azov” böyük desant gəmisi Qara dənizinin boğazlarından keçərək Aralıq dənizinə daxil olub.

Ordu.az Türkiyə KİV-lərinə istiandən xəbər verir ki, gəmi Suriyada yerləşən “Tartus” limanına gedir.

Bu, “Azov” gəmisini cari ildə Suriyaya artıq dördüncü səfəridir.

Mayın 1-də həmçinin “Nikolay Filçenkov” böyük desant gəmisi də Aralıq dənizinə daxil olub. Gəminin sudakı durumuna nəzər salaraq demək olar ki, o, ağır şəkildə yüklənib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HDD  


Bizi "telegram"da izləyin