İraqda modernləşdirilmiş “Kornet-E” kompleksləri görüntülənib – FOTO

2018/05/1836_1525345251.jpg
Oxunub: 3148     19:01     03 May 2018    
Oraq ordusu 1PN79-1 istlik məsafəölçənli tuşlayıcı ilə təchiz edilən “Kornet-E” komplekslərini nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat “Twitter” sosial şəbəkəsində İraq ordusuna dair məlumatlar yerləşdirən “KLKAMASH2” adlı istifadəçi tərəfindən ictimailəşdirilib.

İraq ordusundan olan mənbələrin verdikləri məlumatlara görə, “Kornet-E” kompleksləri sayəsində İraq əsgərləri artıq gecə saatlarında keçirilən döyüşlərdə öz imkanlarını dəfələrlə artırmış olurlar.

Qeyd edək ki, “Kornet-E” komplekslərinin köməyi ilə günün istənilən saatında 4500 metr məsafədə yerləşən hədəfləri tanıyır və onun vasitəsilə canlı qüvvə, atəş nöqtələri, həmçinin komandan məntəqələrinin məhv edilməsi mümkündür.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Rusiya   Kornet-E  


Bizi "telegram"da izləyin