Əfqanıstan HHQ-nin pilotları ABŞ-da təlim keçəcəklər

2018/05/48478551_1525344902.jpg
Oxunub: 2944     18:54     03 May 2018    
Əfqanıstan Hərbi Hava Qüvvələrinin A-29 “Super Tucano” təyyarələrinin pilotları Birləşmiş Ştatlarda təlim keçəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Təlim, Məsləhət, Yardım Komandanlığının rəhbəri general Kristofer Krayge bildirib.

Onun sözlərinə görə, əfqan pilotlara təlim keçəcək ABŞ pilotları xüsusi olaraq hazırlanıblar. A-29 təlim proqramı çərçivəsində Əfqanıstan pilotlarına axtarma, izləmə, quru qoşunlarına dəstək çərçivəsində hədəfə hücum qabiliyyətləri öyrədiləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   ABŞ   A-29  


Bizi "telegram"da izləyin