KXDR ABŞ tərəfindən irəli sürülən şərtlərlə razıdır

2018/05/345345_1525327735.jpg
Oxunub: 3166     14:10     03 May 2018    
KXDR ölkə lideri Kim Çen Inla ABŞ prezidenti Donald Trampın sammiti öncəsi ABŞ tərəfindən irəli sürülən şərtlərlə razılaşacağını bəyan edib.

Ordu.az “Asahi Shimbun” nəşrinə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Məlumata görə, Pxenyan nümayəndələri bu barədə Vaşinqton administrasiyasının nümayəndələri ilə sammitə hazırlıq çərçivəsində keçirilən görüşdə bildiriblər.

Qeyd edilir ki, Pxenyan ABŞ tərəfindən irəli sürülən şərtlərlə razılaşaraq tam nüvəsizləşdirməyə getməyə hazırdır.

Tokio, Vaşinqton və Seuldan olan mənbələrin iddiasına görə, KXDR-in 12-dən çox nüvə mərmisi var.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin