Ukrayna ordusu Donbasda itkilər verməyə davam edir: 3 yaralı

2018/05/435345_1525326314.jpg
Oxunub: 3621     13:54     03 May 2018    
Ötən gün ərzində Donbasda separatçılar atəşkəsi artilleriya və minaatanlardan istifadə etməklə 2 dəfə pozublar.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 3 əsgəri yaralanıb, qarşı tərəfdən də 4 döyüşçünün yaralandığı qeyd olunur.

Əsas döyüşlər Avdeyevka və Mariupol istiqamətlərində gedib. Ukrayna hərbçiləri aktiv müdafiə fəaliyyəti həyata keçiriblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin