Apreldə 35 Suriya əsgəri İŞİD tərəfindən qətlə yetirilib

2018/05/31743670_2141375179428140_6789565841470914560_n_1525277971.jpg
Oxunub: 3230     00:21     03 May 2018    
Aprel ayı ərzində İŞİD və digər terrorçu qruplar tərəfindən Hüms, Həma və Dəməşq vilayətlərində azı 35 Suriya əsgəri öldürülüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları üzrə Müşahidə Qrupu məlumat yayıb.

Məlumata görə, bundan başqa İsrailin Həmadakı İran bazasına qarşı həyata keçirdiyi hava əməliyyatında 25 Suriya əsgəri həlak olub.

Qrupun məlumatına görə, bu vaxta qədər Suriyadakı müharibə nəticəsində ümumilikdə 119 min hökumət meyilli döyüşçü həlak olub ki, bunun da 62 mini ordu üzvüdür. Eyni zaman kəsiyində Hizbullahdan 1556 döyüşçü öldürülüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dəməşq.İŞİD  


Bizi "telegram"da izləyin