BQƏ komandanı: “Donbasdakı qoşunlara “Javelin”lər verilməyib”

2018/05/1812_1525260731.jpg
Oxunub: 3194     19:32     02 May 2018    
“Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı təmas xəttində yerləşən hərbçilərinə “Javelin”lər verilməyib”.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Donbasda ATO-nu əvəzləyən Birləşmiş Qüvvələr Əməliyyatı qoşunlarının komandanı Sergey Nayev bəyan edib.

“Mən Ukrayna Silahlı Qüvvələrinin rəhbəri deyil, yalnız BQƏ qüvvələrinin komandanıyam və bizim ixtiyarımıza “Javelin” tank əleyhinə raket kompleksləri verilməyib”, - deyə Nayev bildirib.

O qeyd edib ki, ümumiyyətlə “Javelin”lərin Donbasda vuruşan döyüşçülərə veriləcəyi barədə hər hansı məlumata sahib deyil.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   BQƏ  


Bizi "telegram"da izləyin