İraqda İŞİD-in tunel və sığınacaqları ələ keçirilib

2018/05/345345_1525175011.jpg
Oxunub: 4162     19:42     01 May 2018    
İraq təhlükəsizlik qüvvələri Kərkükün neftlə zəngin bölgələrində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı İŞİD-in silah deposu kimi istifadə etdiyi tunel və sığınacaqlar hədəf alınıb.

Yerli mənbələrin sözlərinə görə, əməliyyatda İraq polisi və Həşd əl-Şəbinin 11-ci briqadası iştirak edib. Əməliyyat nəticəsində bir neçə tunel və gizli depolar ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD  


Bizi "telegram"da izləyin