ABŞ Gürcüstan ordusunun döyüş hazırlığını artırmaq qərarına gəlib

2018/05/56346_1525174845.jpg
Oxunub: 1580     19:39     01 May 2018    
“ABŞ və Gürcüstan bu gün gürcü ordusunun döyüş hazırlığının artırılması üzrə üçillik proqramı başlayır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Conni Maykl bəyan edib.

“Proqramın təlim missiyası Gürcüstanın ABŞ-la funksional uyğunluğunu təmin edəcək, həmçinin ölkənin ərazi müdafiəsi potensialını artıracaq. ABŞ-ın Avropadakı silahlı qüvvələri Gürcüstan Müdafiə Nazirliyinə qarşıdakı üç il ərzində batalyonların hazırlığında kömək edəcək”, - deyə Maykl bildirib.

O qeyd edib ki, hər iki ölkənin hərbi qulluqçuları birlikdə Əfqanıstan, həmçinin bir sıra digər regionlarda birgə xidmət edirlər, bu səbəbdən yeni proqram həm də sülhün və Avropada təhlükəsizliyin təmini baxımından önəmlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan-ordusu  


Bizi "telegram"da izləyin