Baltik Donanmasında Rusiya HDD-nin təlimləri başlayıb

2018/05/345345_1525173927.jpg
Oxunub: 1963     19:24     01 May 2018    
Rusiya Silahlı Qüvvələri Baltik Donanmasının Kalininqrad və Leninqrad vilayətlərində yerləşən birləşmə və hərbi hissələrində yay dövrünə hazırlıqla əlaqədar təlimlər keçirilib.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, may ərzində davam edəcək təlimlərdə hərbi birləşmələr zirehli texnika, avtomobil və xüsusi nəqliyyata, döyüş gəmiləri və aviasiyaya xidmət üzrə bütün növ tapşırıqları yerinə yetirəcəklər.

Həmçinin donanmanın quru poliqonlarının təlim-tədris bazası modernləşdiriləcək, mühəndis-istehkamçı birləşmələr isə öz döyüş partlamamış döyüş sursatlarını tam təmizlik və hazırlıq vəziyyətinə gətirəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Balik-donanması   Rusiya   HDD  


Bizi "telegram"da izləyin