Aprel ayında 65 Səudiyyə hərbçisi həlak olub

2018/05/345646_1525173175.jpg
Oxunub: 3745     19:16     01 May 2018    
Husi qiyamçılarının Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində həyata keçirdiyi hücumlar nəticəsində aprel ayı ərzində krallığın 65 hərbçisi həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, itkilər əssən Yəmənin Səda, Səudiyyə Ərəbistanının Cizən, Nəcran və Əsir vilayətlərində baş verib.

Məlumata görə, ölənlər arasında əsgərlərlə yanaşı rütbəcə daha səlahiyyətli olan zabit heyətinin üzvləri də var. Canlı qüvvədən əlavə bir neçə zirehli texnika və kəşfiyyat təyyarələri də husilər tərəfindən sıradan çıxarılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin