ABŞ İranla müharibə üçün bəhanə yaratmağa başlayıb

2018/05/1-(1)4e65_1525173095.jpg
Oxunub: 1903     19:10     01 May 2018    
ABŞ-da hesab edirlər ki, İran beynəlxalq ictimaiyyətə aqarşı nüvə silahı istifadə edə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vaşinqton belə bir hücumun gerçəkləşə biləcəyinə inanır.

Ağ Evdə qeyd ediblər ki, İranın aktiv şəkildə nüvə silahı hazırlaması barədə İsrailin bölüşdüyü kəşfiyyat məlumatları onlara tanışdır. Dövlət Katibi Mayk Pompeo isə qeyd edib ki, İran nəhəng nüvə arxivini bütün dünya və MAQATE-dən gizlədib.

Tehran öz növbəsində belə bəyanatları uşaqca və gülməli şou adlandırıb. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın belə əsassız məlumatlarla nüvə müqaviləsinin dəyişdirilməsinə nail olmasını istədiyini açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran   Müharibə  


Bizi "telegram"da izləyin