Birləşmiş Krallıq Hərbi Hava Qüvvələrinin Rumıniyada yerləşdirilmiş “Typhoon” təyyarələrinə NATO tərəfindən Rumınıya üzərində hava patrulu həyata keçirmə izni verilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu münasibətlə bu gün “Mihail Kogalniceanu” aviabazasında baş tutan mərasimdə NATO rəsmisi Britaniya HHQ-nin nümayəndəsinə rəsmi akkreditasiya verib.
Kral HHQ-nin Rumıniyaya yerləşdirilmiş təyyarələri NATO-nun buradakı gücləndirilmiş hava nəzarəti missiyasında iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Britaniya
Typhoon
Rumıniya