Əfqanıstan təhlükəsizlik qüvvələri kəskin şəkildə azalıb

2018/05/345345_1525170571.jpg
Oxunub: 2250     18:28     01 May 2018    
Geridə qalan son 12 ay ərzində Əfqanıstan təhlükəsizlik qüvvələrinin sayında kəskin azalma müşahidə edilir.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin apardığı araşdırmanın nəticəsinə uyğun hazırlanmış hesabatda qeyd olunub.

Hesabatda deyilir ki, bu zaman kəsiyində təhlükəsizlik qüvvələrinin sayındakı azalma 10%-ə qədərdir. Buna səbəb isə əsasən ordudakı fərarilik halları və artan itki sayıdır.

Digər bir səbəb isə qanunsuz silahlı qruplaşmaların getdikcə daha çox insan yaşayan əraziləri nəzarətə götürməsidir. Belə ki, “Taliban” və digər silahlı qruplaşmalar hazırda 2015-ci ildəkindən daha çox əraziyə nəzarət edirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Təhlükəsizlik-qüvvələri  


Bizi "telegram"da izləyin