Hindistan ordusu üçün “Nag” kompleksləri sifariş verilib

2018/05/234234_1525164842.jpg
Oxunub: 3327     17:43     01 May 2018    
Hindistan Müdafiə Nazirliyi ordu üçün yerli istehsal olan idarə olunan “Nag” tank əleyhinə raket komplekslərinə dair müqavilə imzalayıb.

Ordu.az “India Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raket kompleksləri Hindistan Quru Qoşunları üçün sifariş verilib. Komplekslərin tərkibinə həmçinin Hindistan Hərbi Dəniz Qüvvələrində istifadəyə imkan verən avadanlıqlar da daxildir.

“Nag”ların təchizatı üzrə imzalaan müqavilənin ümumi qiyməti 36,87 milyard hind rupisi və ya 554,52 milyon ABŞ dolları təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   NAG  


Bizi "telegram"da izləyin