ABŞ-dan Ukraynaya tövsiyə: “Yalnız “Javelin”lər yox”

2018/05/234234_1525164710.jpg
Oxunub: 2217     16:50     01 May 2018    
“Ukrayna ordusunun imkanlarını yalnız “Javelin”lərlə radikal şəkildə dəyişdirmək olmaz, komandanlıq strukturunda islahatlar aparmaq lazımdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun keçmiş əməkdaşı və Pensilvaniya Universiteti yanında Baydn Analitik Mərkəzinin direktoru Maylı Karpenter bəyan edib.

“Ukrayna nəhayət ki, “Javelin”lərlə təchiz edildi. Mənəvi, siyasi, taktiki və strateji səviyyədə bu, doğru qərardır”, - deyə Karpenter bildirib.

O qeyd edib ki, yeni kompleksləri artıq 10 mindən çox insanın həyatına son qoyan müharibədə düşmən üçün çəkindirici amil ola bilər, lakin bu, Ukrayna ordusununa çox da ciddi təsir göstərməz, bunun üçün ordu komandanlığında islahatlar aparmaq lazımdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Ukrayna   Javelin  


Bizi "telegram"da izləyin