ABŞ təlimlərdə Rusiya helikopterlərindən istifadə etmək istəyir

2018/05/345345_1525163098.jpg
Oxunub: 2694     16:22     01 May 2018    
ABŞ dəniz piyadaları öz təlimlərində Rusiyanın Mi-24 və Mi-17 helikopterlərindən istifadə etmək istəyirlər.

Ordu.az “Marine Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusu məlumat yayıb.

“Rusiya helikopterləri öz ölçüsü, uçuş yüksəkliyi, hərəkətdə olarkən nümayiş etdirdiyi müdafiə imkanları iə unikal və etibarlı təlim təyyarəsi kimi qiymətləndirilə bilər”, - deyə məlumatda qeyd olunur.

Rusiya helikopterlərindən təlimlərdə hücum edən tərəf qismində istifadə etmək nəzərdə tutulub. Onlar düşmən hədəflərini təqlid edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Təlimlər   Mi-24   Mi-17  


Bizi "telegram"da izləyin