ABŞ İraqda İŞİD-ə qarşı əməliyyatı tamamlayıb

2018/05/345345_1525160967.jpg
Oxunub: 3669     15:48     01 May 2018    
Birləşmiş Ştatlar İraqda İŞİD terror qruplaşmasına qarşı əsas döyüş əməliyyatını tamamlayıb.

Ordu.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi birləşmiş koalisiyanın komandanlığı məlumat yayıb.

Aprelin 30-da keçirilən rəsmi mərasimdə İraqda operativ qoşunlar qərargahı bağlanıb.

Məlumata görə, bundan sonra da ABŞ hərbçiləri və İraq Silahlı Qüvvləri arasında əlaqələr saxlanacaq. Həmçinin ABŞ qoşunlarının bir hissəsi yerli ordunun məşqləri üçün İraqda qalacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   ABŞ  


Bizi "telegram"da izləyin